London polisi Uen Runinin atasını həbs etdi!

London polisi Uen Runinin atasını həbs etdi!
İngiltərənin "Mançester Yunayterd" futbol klubunun forvardı Uen Runinin atası həbs olunub. Siasport.az saytı xəbər verir ki, London polisi, məşhur futbolçunun atasını qanunsuz mərc oyunlarının təşkilində və kriminal dəstələrlə əməkdaşlıqda ittiham edir. İngilis mətbuatının yazdığına görə, U.Runi baş verən hadisə ilə bağlı artıq polis orqanları ilə danışıqlara başlayıb. Ulduz futbolçu iddia edib ki, atası ittiham olunduğu heç bir işdə təqsirkar deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə