Beş günlük fasilədən sonra Gəncənin "Kəpəz" klubu məşqlərə start verib. Siasport.az saytı xəbər verir ki, bu barədə məlumatı komandanın baş məşqçisi Mehman Allahverdiyev verib. Onun sözlərinə görə, qarşıda komandanı bir neçə vacib və çətin oyunlar gözləyir: "İndi bütün fikrimizi "Qəbələ" ilə oyuna yönəltmişik. Meydana üç xal üçün çıxacağıq. Komanda tam tərkibdə olmasa da, futbolçularımızın əksəriyyəti artıq məşqlərə başlayıb. "Sumqayit Şəhər"lə oyunu bütün komanda ilə müzakirə edəcəyik. Səhvlərimiz və catışmayan cəhətlər barədə danışacağıq",- deyə "Kəpəz"in təcrübəli baş məşqçisi əlavə edib.
M.Allahverdiyev hələ də komandasında zədəli oyunçuların olduğunu bildirib: "Elşən Poladovun və Nikolay Svejentsevin müalicəsi davam edir. Armando Feutçine də sonuncu oyunda zədə alıb. Buna baxmayaraq, "Qəbələ" ilə oyuna komanda var gücü ilə hazırlaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB