Vəli Qasımov: "Seçdiyimiz taktika özünü doğrultdu və bunun nəticəsində layiqli qələbə qazandı"-AÇIQLAMA
19 yaşadək futbolçulardan ibarət komandalar arasında AÇ-nin ilkin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – İsveç oyunundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib. Siasport.az saytı baş məşqçisinin fikirlərini nəzərinizə çatdırır: "İlk rəqibimizin qrup oyunlarını təşkil edən ölkənin təmsilçisi olması işimizi bir qədər çətinləşdirən amil idi. Oyunun çətin keçəcəyini bilirdik. Amma müsbət nəticə qazanacağımıza inanırdıq. Seçdiyimiz taktika özünü doğrultdu və bunun nəticəsində layiqli qələbə qazandıq. Komandanın bütün üzvlərini təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB