Yunan-Roma güləşi yığmasına yeni məşqçilər heyəti təqdim olundu

Yunan-Roma güləşi yığmasına yeni məşqçilər heyəti təqdim olundu

2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlaşan yunan-Roma güləşi üzrə yığma komandamıza yeni məşqçilər heyəti təqdim olunub. Siasport.az saytı xəbər verir ki, Olimpiadaya hazırlıq müddətində yunan-Roma güləşi üzrə yığma komandaya Türkiyədən olan məşqçilər heyəti – Salih Bora, Şaban Donat və Mütalib Yerlikaya cavabdehlik daşıyacaq.

Qeyd edək ki, Salih Bora 20 ildən çox bir müddətdə Türkiyə milli komandasında məşqçi və baş məşqçi vəzifələrində çalışıb. Onun rəhbərliyi altında Türkiyənin yunan-roma güləşi üzrə milli komandası 2008-ci il Avropa üçüncülüyünə, 2009-cu il dünya çempionluğu, 2010-cu ildə Avropa və dünya ikinciliyinə nail olub.

Bütün xəbərlər Facebook səhifəmizdə