İspaniyanın "Atletiko Madrid" futbol klubunun türkiyəli forvardı, İstanbulun "Fənərbaxça" futbol klubunun kapitanı Aleks De Souzanın "Qalatasaray"ın əfsanə kapitanı rumuniyalı Georgi Hağı ilə müqayisə olunmasına qarşı çıxır. Siasport.az saytı xəbər verir ki, A.Turan "Mediyaspor" saytına açıqlamasında, bir futbolçu olaraq "Fənərbaxça"nın kapitanının G.Haginin səviyyəsində olmadığını dilə gətirib: "Sözsüz ki, bir futbolçu olaraq Aleksin bacarığını heç kim dana bilməz. İndi o "Fənərbaxça" üçün sadəcə hər şey deməkdir desəm, qətiyyən yanılmaram.
Çünki "Fənərbaxça"nın qələbələrinin sirri Aleksin liderlik keyfiyyətləri və oyunu öz xeyrinə dəyişmək üçün futbolçuları səfərbər etmək bacarığı ilə birbaşa bağlıdır. Amma onun G.Hağı ilə müqayisəsi çox yanlış olardı"-deyə A.Turan fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB