Futbol üzrə milli komandamız Bakıda Avro-2012 seçmə oyunlarında son görüşünə çıxacaq. Siasport.az saytının məlumatına görə, azarkeşlər də Avstrya və Türkiyə ilə oyuna çıxacaq millimizdən xal və ya xallar gözləyir. Belə ki, son iki oyundan 4 xal yığaraq aktivindəki xalları 7-ə çatdıran millimiz öz meydanında oynayacağı Avstrya matçında xal qazanmağa borcludur. Belə bir şəraitdə millimizin oyunu barəsində futbol mütəxəssisinin fikirləri də önəmlidir.
Millimizin sabiq çalışdırıcısı Şahin Dınıyev komandamızın qarşıdakı oyunlarını dəyərlənirib: "Bildiyiniz kimi millimiz son oyunlarına çıxır. Rəqiblərimiz heç də asan komandalar deyil. Belə ki, heç bir iddiası olmasa belə Avstrya millisi gənclərdən qurulmuş bir komandadır. Onlar da qələbə qazanaraq nəyə qadir olduqlarını göstrmək istəyəcəklər. Millimiz isə doğma meydanda xal qazanmalıdır. O ki, qaldı Türkiyə millisi ilə oyuna, bilirsiniz ki, onlar da pley-off uğrunda mübarizə aparırlar və mən deyərdim ki, Türkiyə millisi qələbəyə oynacaq və düzü onların qələbə qazanacağını düşünürəm".
Karyerası ilə bağlı suallara cavab verən Ş.Diniyev İrandakı işinin baş tutmamasının səbəbləri haqda danışıb: "Bildiyiniz kimi bir müddət öncə məni İrana çağırmışdılar. Mən də gedib ordakı şəraitlə tanış oldum və işləmək üçün artıq planlar qurmuşduq. Bakıya qayıtdıqdan sonra isə eşitdim ki, sponsorla bağlı yaranan problemdən iş alınmayıb".
Hal-hazırda heç bir təklifin olmadığını deyən Ş.Dınıyev gələcəkdə idalı bir klubdan təklif gələcəyi təqdirdə təklifi dəyərləndirə biləcəyini də bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB