Türkiyədə doğuldu, Ermənistan millisini seçdi!

Türkiyədə doğuldu, Ermənistan millisini seçdi!
Hollandiyanın "Ayaks" klubunun 21 yaşlı türk əsilli futbolçusu Aras Özbiliz Ermənistan vətəndaşlığını qəbul edərək düşmən ölkənin milli yığmasına dəvət olunub. Siasport.az saytı xəbər verir ki, Türkiyənin Bakırköy vilayətində doğulan Özbiliz futbol karyerasını Hollandiyanın həvəskarlar klublarından birində başlayıb. O 1998-cı ildə "Ayaks"ın heyətinə qoşulub, 2010-cu ilin noyabrın ayından isə Hollandiyanın birinci liqasında klubun formasını geyinir. A.Özbiliz jurnalistlərə bildirib ki, məşqçisi ona Hollandiya yığmasını seçməyi məsləhət bilsə də, o düşmən ölkəni seçib:
"Məşqçim mənə karyeramın inkişafı üçün Hollandiya milli yığmasını seçməyimi məsləhət görüb. Lakin mən onun sözünü dinləməyərək Ermənistan yığmasının futbolçusu olmağı seçdim", - deyə erməni əsilli futbolçu fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə