Bu gün Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə lisenziya xarakterli XVI dünya çempionatında dörddəbir final mərhələsinin görüşləri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, mundialda 10 çəki dərəcəsində (48, 52, 56, 60, 64, 69, 75, 81, 91 kq və 91 kq-dan yuxarı) 40 döyüş keçiriləcək.
Bu gün rinqə Azərbaycan dəri əlcək ustalarından - Elvin Məmişzadə (52 kq), Heybətulla Hacıəliyev (64 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) çıxacaqlar.
Yarımfinala vəsiqə qazanmaq üçün E.Məmişzadə Rusiya idmançısı Mişa Aloyanı, M.Məcidov isə kolumbiyalı Erislandi Savonu məğlub etməlidir. H.Hacıəliyev ukraynalı Denis Berinçuk ilə, Teymur Məmmədov isə Kuba idmançısı Joze Lardyet ilə rinqə çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB