Diyeqo Forlan sülh elçisidir...
İtaliyanın "İnter" futbol klubunun uruqvaylı futbolçusu Diyeqo Forlan, mükafata layuq görülüb. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçuya bu mükafatı, Uruqvayın İspaniyadakı səfirliyi təqdim edib.
Uruqvay səfiri mükafatı təqdim edərkən bildirib ki, D.Forlan bu mükafata, daha çox uzun müddət İspaniyada "Atletiko Madrid"də oynadığı futbol ilə Uruqvayı sevdirdiyinə görə və iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması üçün gördüyü işlərə görə layiq görülüb. Səfir bildirib ki, gözəl oyunu ilə daima ispan azarkeşlərin alqışları ilə qarşılanan D.Forlan, eyni zamanda bu uğuru ilə Uruqvayın da adını uca tutub, öz ölkəsini İspaniyada sevdirə bilib.
Ulduz futbolçu isə bu mükafata sahib olduğuna görə özünü xoşbəxt hiss etdiyini deyərək, bundan sonra da oynadığı futbolla daima dostluqa, sülhə xidmət edəcəyini, Uruqvayın dünyada tanınması üçün çalışacağını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə