"Qarabağ" artıq məşqlərə başladı. Siasport.az saytlı xəbər verir ki, milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq komandanın baş məşqçisi Qurban Qurbanov heyətə "Turan"la oyundan sonra 4 günlük izin vemişdi. Bugündən isə komanda millidə oynayan futbolçularsız məşqlərə start verib.
Komanda üzvləri bazada trenajorda çalışdıqdan sonra stadiona yollanıb. Hazırda komandanın sırasında cəmi 10 futbolçu var. Legioner futbolçular Bojan Pavloviç, Georgi Adamiya, Nderim Nedzipi, Leonardo Roşa geri dönüb. Admir Teli isə Albaniya millisinin düşərgəsindədir. Cəzalı olduğuna görə millisinə qoşulmayan Ansi Aqolli isə bu gün Bakıya dönəcək.
Bu gün komandanı tək məşqi nəzərdə tutulsa da, sabaha 2 çalışma planlaşdırılır. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "pro" kateqoriyalı kurslarda iştirak etdiyinə görə komandaya onun köməkçisi Elçin Rəhmanov nəzarət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB