"Neftçi" Əhməd Ələsgərovu təbrik etdi

"Neftçi" Əhməd Ələsgərovu təbrik etdi
Bu gün Azərbaycanın ən məşhur mütəxəssislərindən biri, "Neftçi"nin keçmiş futbolçusu və baş məşqçisi Əhməd Ələsgərovun 76 yaşı tamam olur. Siasport.az saytı xəbər verir ki, bu münasibətlə klub tərəfindən hazırda Odessa şəhərində yaşayan yubilyara, həmçinin Ukrayna Futbol Federasiyasına və Odessa İdman Komitəsinə təbrik teleqramı göndərilib. Teleqramda Əhməd Ələsgərovun Azərbaycan futboluna, xüsusilə də "Neftçi"yə qazandırdığı uğurlar göstərilib, ona can sağlığı arzulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə