Yalançı Ronaldo...
Madrid "Real"ının portuqaliyalı ulduzu Kriştiyano Ronaldo, deyəsən belə getsə, ulduz futbolçu olmaqla yanaşı, əsl yalançı kimi də məşhurlaşacaq. Siasport.az saytı xəbər verir ki, buna səbəb, ulduz futbolçunun keçən il olduğu kimi, bu ildə "Real" azarkeşlərinə "Barselona"nın La Liqadakı hökmranlığına son qoyacaqları barədə vəd verməsidir.
Belə ki, portuqaliyalı futbol ulduzu, keçən il katalonları məğlub edərək həm İspaniya çempionluğunu, həm də UEFA Çempionlar Liqasını qazanacaqları ilə bağlı kral klubunun azarkeşlərinə verdiyi vədi yerinə yetirə bilməyib. Bu azmış kimi, o indi də yeni mövsümdə "Barselona"nın "dərsini verəcəklərini" iddia edib.
"Biz həm La Liqada, həm də UEFA Çempionlar Liqasında əzəli rəqibimizi yenəcəyimizə əminik. Azarkeşlərimiz də əmin olsunlar ki, biz onları bu il nəhayət ki, sevindirə biləcəyik"-deyə K.Ronaldo fikrini tamamlayıb. Amma kral klubunun hazırkı oyunu ilə çətin ki, K.Ronaldo bu il də "Real" azarkeşləri qarşısında yalançı çıxmasın.

Bütün xəbərlər Facebook səhifəmizdə