"Məsut Özilin yerində olsaydım Türkiyə millisini seçərdim"

"Məsut Özilin yerində olsaydım Türkiyə millisini seçərdim"
Futbol üzrə Türkiyə millisinin və İstanbulun "Qalatasaray" futbol klubunun forvardı Səlçuk İnan, bir sıra açıqlamalarla gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunda Fatih Terimin ən çox sevdiyi və etibar etdiyi futbolçulardan olan S.İnan, xüsusi ilə Madrid "Real"ının türk əsilli futbolçusu Məsut Özil barədə fikirlərini açqılayıb.
Türkiyənin "NTV spor" kanalına açıqlama verən "Qalatasaray"lı futbolçu bildirib ki, o Məsut Özilin yerində olsaydı, futbol üzrə Almaniya millisini deyil, Türkiyə yığmasını seçərdi: "Amma Məsut artıq seçimini edib. Bizə onun bu seçiminə hörmətlə yanaşmaq qalır. Azərbaycan və Almaniya ilə qarşılaşmalardan maksimum 4 xal qazanmağa çalışacaqıq ki, finallara gedə bilək"-deyə S.İnan fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə