İngilis azarkeşlər: "Sən bir üz qarasısan, Tevez!"

İngilis azarkeşlər: "Sən bir üz qarasısan, Tevez!"
UEFA Çempionlar Liqsasının qrup mərhələsində "Bavariya" ilə qarşılaşmada meydana çıxmaqdan imtina edərək "Mançester Siti"ni rüsvay edən argentinalı futbol ulduzu Karlos Tevez, bu dəfə ingilis klubunun azarkeşləri tərəfindən hücuma məruz qalıb. Siasport.az saytı xəvbər verir ki, "Mançester Siti" futbol klubunun fanatları, argentinalının yaşadığı evin qarşısına, "You are a disgrace Tevez!" (Sən bir üz qarasısan Tevez!) sözlərini yazaraq, onun komandanı tərk etməsini tələb ediblər. İngilis mətbuatının yazdığına görə, K.Tevez isə bundan halını da pozmayaraq, belə hücumlardan çəkinməyəcəyini deyib, eyni zamanda təhlükəsizliyinin təmin olunması üçün Mançester Şəhər polisinə müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə