"Çelsi"də Lempard üsyanının səbəbi ortaya çıxdı!

"Çelsi"də Lempard üsyanının səbəbi ortaya çıxdı!
İngilitərə futbolunun ulduz futbolçularından olan "Çelsi"nin forvardı Frank Lempard, "zadəganların" baş məşqçisi Andre Villaş-Boaşdan yaman şikayətçidir. Siasport.az saytı xəbər verir ki, dünən ingilis mətbuatına açıqlama verən təcrübəli futbolçu, portuqaliyalı baş məşqçini onu əsas heyətdən kənarda saxlamaqda və "gözümçıxdıya salmaqda" ittiham edib. İngiltərə millsinin də əsas futbolçusu sayılan F.Lempard, uzun müddətdir ki, yeni baş məşqçi ilə yola getməməsi ilə də mətbuatın diqqət mərkəzində idi.
İndi isə onun özü hər şeyi etiraf edir. "The Quardian" qəzeti isə iddia edir ki, 33 yaşlı portuqaliyalı baş məşqçi çox yaxında "Çelsi"nin köhnə qavrdiyası" ilə üz-üzə gəlməli olacaq. Çenki onun yeni oyun sistemi təcrübəli futbolçuları "oyundankənar vəziyyətdə" qoyur.

Bütün xəbərlər Facebook səhifəmizdə