Bakıda boks üzrə lisenziya xarakterli XVI dünya çempionatı davam edir. 91 kq-da mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov macarıstanlı Jozef Darmosla qarşılaşıb. Rəqibini 24:9 hesabı ilə məğlub edən T.Məmmədov 1/4 finala yüksəlib.
İdmançı apasport.az saytına açıqlamasında bunları deyib: "Döyüşüm rahat keçdi. Rəqibi daim gərginlikdə saxladım. Qarşıma London olimpiadasına lisenziya almaq vəzifəsi qoymuşam".
Bakıda keçirilən dünya çempionatının 1/8 final mərhələsində macarıstanlı rəqibi Yozef Darmosa 24:9 hesabı ilə qalib gəlmiş Avropa çempionumuz artıq növbəti mərhələ barədə düşünür: "Rəqibim boyca məndən alçaq olduğundan, onunla döyüşdə daim məsafə saxladım. Əks zərbələrimin əksəriyyəti dəqiq oldu və mən böyük üstünlüklə qalib gəldim. İndi məqsədim 1/4 finlada yalnız qələbə qazanmaqdır. Çünki növbəti dəfə rinqi qalib kimi başa vurduqdan sonra həm olimpiadaya lisenziya, həm də dünya çempionatında ən azından bürünc medal qazanmış olacam".
Qeyd edək ki, Məmmədovun çəkisində London-2012-yə ilk "6-lıq"da yer alan idmançılar vəsiqə qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB