Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, planetin ən güclüləri sırasında 400 komanda yer alıb.
Siyahıda ilk 3 pillədə dəyişiklik olmayıb. İspaniya nəhəngləri "Barselona" və "Real" müvafiq olaraq 331 və 305 xalla dünyanın ən yaxşılarıdır. İngiltərə "Mançester Yunayted"i isə 282 xalla 3-cü pillədə qərarlaşıb.
Azərbaycanın İFFHS-in siyahısındakı yeganə təmsilçisi "Qarabağ"dır. Hesabında 70,5 xal olan Ağdam təmsilçisi ötən ayla müqayisədə 5 pillə geriləyərək 313-cü yerdə qərarlaşıb. Son 1 ayda "Qarabağ"ı keçənlər arasında İspaniya çempionatının sürprizi "Levante" də var. Komanda ötən ay "Qarabağ"dan 14 pillə geri qalırdısa, artıq 28 addım öndədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB