Artıq biz yaxın vaxtlarda İngiltərənin "Çelsi" futbol klubunu "Stemford Bric"də görməyəcəyik. Siasport.az saytı xəbər verir ki, buna səbəbə klub rəhbərliyinin yeni stadion tikintisinə qərar verməsidir. Sən demə "zadəganların" rəhbərliyi bu qənaətdədir ki, 41800 tamaşaçı tutumlu "Stemford Bric"in yenidən qurulması və böyüdülməsinə ehtiyac yoxdur. İngilətənin "The Guardian" qəzeti iddia edir ki, klubun rusiyalı prezidenti Roman Abromoviç, komandaya yeni stadion tikmək qərarına gəlib və rəhbərlik stadion tikilişi üçün yer axtarışına da çıxıb.
Amma "Çelsi"nin doğma arenanı tərk etməsi hələ tam həllini tapmayıb. Məsələ ondadır ki, "Zadəganlar"ın ev oyunlarını keçirdiyi arena tam şəkildə kluba məxsus deyil. 1993-cü ildəki maliyyə çətinlikləri zamanı arenanın səhmlərinin bir hissəsi satışa çıxarılıb və onları adi azarkeşlər alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB