Aleks Fergusyon: "Daha 3-4 il "Mançester Yunayted"in sükanı arxasındayam!"
İngiltərənin "Mançester Yunayted" futbol klubunun qocaman şotlandiyalı baş məşqçisi Aleks Fergusyon, daha 3-4 il "qırmızı şeytanlar"ın sükanı arxasında qalmaq istəyir. Siasport.az saytı xəbər verir ki, qocaman futbol mütəxəssisi, ingilis mətbuatına açıqlamasında bildirib ki, 1986-cı ildən bəri həyatını həsr etdiyi bu klubda daha bir neçə titul qazanmaq və bu komandanı uğurlarla tərk etməyi düşünür: " Mənim ən gözəl günlərim "Mançester Yunayted"lə bağlıdır. Açığı, buranı özümün əsas evim də hesab edirəm. Çalışıram ki, bu komandanın gələcəyi üçün nə isə edim. Bilirəm ki, gec-tez komandanı tərk etmək lazım gələcək. Amma daha bir meçə il doğma komandama uğurlar qazandırıb getməyi düşünürəm"-deyə 69 yaşlı futbol mütəxəssisi fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB