Cari mövsümdə ən çox qol vuran "Kəpəz", həm də ən zəif müafiə xətti olan komandadır-STATİSTİKA

Cari mövsümdə ən çox qol vuran "Kəpəz", həm də ən zəif müafiə xətti olan komandadır-STATİSTİKA

Azərbaycan Premyer Liqasında sentyabr ayında keçirilmiş 25 qarşılaşmada qapılara 54 qol vurulub. Siasport.az saytı xəbər verir ki, ötən ay üçün orta məhsuldarlıq göstəricisi hər oyuna 2,16 qol olub. Çempionatın ən sərrast futbolçuları isə hərəyə 4 qol vuran Ceyhun Sultanov ("Kəpəz"), Yuri Fomenko ("Kəpəz") və Sergey Artyuxdur ("Turan").


Sentyabr ayı ərzində keçirilən qarşılaşmalarda ən çox qol VI turun "Simurq"-"Kəpəz" oyununda qeydə alınıb. Ev sahibi komandanın qalib gəldiyi oyunda qapılara 6 qol vurulub - 4:2.


Geridə qalan turlar ərzində rəqib qapılarına 14 qol vuran "Kəpəz" cari mövsümün ən çox qol vuran komandasıdır. Turnir cədvəlinin vahid lideri "Xəzər Lənkəran" isə rəqibindən cəmi bir top geri qalır-13 qol. Qapısından 13 top buraxan "Kəpəz" və "Turan" isə müdafiə xətti ən zəif olan komandalardır. Ümumilikdə, cari mövsümdə keçirilmiş 47 oyunda qapılara 107 qol vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə