Oktyabrın 4-də boks üzrə Dünya Çempionatında Azərbaycan boksçuları arasında rinqə birinci olaraq Avropa çempionu Salman Əlizadə (48 kq çəki dərəcəsi) çıxıb. Siasport.az saytı xəbər verir ki, "A" rinqində çıxış edən Əlizadə bu mərhələdə öz rəqibi, Tailand nümayəndəsi Kayeo Ponqprayuna 8:23 hesabı ilə uduzub.
Sonra digər nümayəndəmiz Heybətulla Hacalıyev (64 kq) "B" rinqinə çıxıb. 2011-ci ildə Avropa Çempionatının bürünc mükafatçısı olmuş Hacalıyev özbək Sanjarbek Rahmonovla mübarizədə inamlı qələbədən sonra 2012-ci ildə Londonda keçiriləcək Olimpiadaya lisenziya qazanmış ikinci Azərbaycan boksçusu olub.
Xatırladaq ki, bu Olimpiadaya birinci lisenziyanı Soltan Miqitinov qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB