Əlbəyaxa döyüş idman növü üzrə dünya çempionu Bəhruz Çıraqov bıçıqlanıb. Siasport.az saytı xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonu ərazisində baş verib.
Məlumata görə, 31 yaşlı dünya çempionunu Elnur Mehdiyev adlı şəxs bıçaqlayıb. Elnur Mehdiyev Çıraqovu öldürmək məqsədi ilə bir neçə zərbə endirsə də, dünya çempionu sağ qalıb. Dərhal xəstəxanaya yerləşdirilən Çıraqovun vəziyyəti ağırdır. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, Bəhruz Çıraqov əlbəyaxa döyüş idman növü üzrə dünya çempionu və "Məhəmməd Əli" idman klubunun baş məşqçisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB