1-2 oktyabr 2011-ci il tarixdə Rusiya Federasiyasının Yakutsk şəhərində sərbəst güləş üzrə Dmitri Korkinin xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib. Siasport.az saytı xəbər verir ki, yığma komandanın 3 üzvünün iştirak etdiyi turnirdə təmsilçilərimizdən yalnız İbrahim Yusubov fəxri kürsüdə özünə yer tuta bilib. Təmsilçimiz 74 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Xatırladaq ki, məşqçi Elman Əsgərovun rəhbərliyi altında Azər Paşayev (55 kq), İbrahim Yusubov (74 kq) və Elnur Əliyev (84 kq) turnirdə iştirak edib. Görüşlərin idarə edilməsində isə ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynalov təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB