AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığına uyğun olaraq, respublikamızın müxtəlif bölgələrində süni örtüklü meydançaların quraşdırılması layihəsi davam edir. Siasport.az saytı xəbər verir ki, bu layihə çərçivəsində Sumqayıt şəhərindəki X mikrorayonun ərazisində daha bir süni örtüklü meydança quraşdırılaraq təmənnasız şəkildə uşaqların ixtiyarına verilib. Meydançanın açılış mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və digər şəxslər iştirak edib. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra meydançada aşağı yaş qruplarından ibarət komandalar arasında oyunlar keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB