\"Xəzər Lənkəran\"ın 11-ci debütantı

\"Xəzər Lənkəran\"ın 11-ci debütantı
Azərbaycan Premyer Liqasının VIII turu daha 1 futbolçunun "Xəzər Lənkəran"da debüt etməsi ilə əlamətdar oldu. Siasport.az saytı xəbər ki, yayda transfer olunan Kamal Bayramov karyerasında ilk dəfə \"Xəzər Lənkəran\"m formasında meydana çıxdı.

"İnter"lə səfər matçında iştirak edən qapıçı "Xəzər Lənkəran" tarixinin bütün oyunçularının ümumi siyahısına 137-ci kimi daxil oldu.Kamal buna bu mövsümdə nail olan 11-ci futbolçudur. Ona qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas, Antonio Semedo və Eldar İsmayılov da yeni komandalarında debüt ediblər.

Qeyd edək ki, indiyədək komandanın şərəfini qorumuş 137 oyunçudan 53-ü yerli, 84-ü əcnəbidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com