İki boksçumuz dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb
Bakıda keçirilən boks üzrə dünya çempionatının səkkizinci günü rinqə 48, 56, 60, 75 və 91 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançılar çıxıb. Siasport.az saytı xəbər verir ki, rinqə çıxan Azərbaycanın 3 nümayəndəsindən ikisi - 49 cəki dərəcəsində yarışan Salman Əlizadə Mərakeşdən olan Abdeali Daraaya (16:12), 91 kiloqram çəki dərəcəsində çıxış edən Teymur Məmmədov Barbados boksçusu Anders Emmanuelə (23:5) qalib gəlib. Elvin İsayev isə (60 kq) Türkmənistan idmançısı Madadi Narzibekova uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB