"Neftçi" PFK-nın futbolçuları istirahətə buraxılıb

"Neftçi" PFK-nın futbolçuları istirahətə buraxılıb

"Neftçi" PFK-nın futbolçuları "Simurq" üzərində qələbədən sonra istirahətə buraxılıblar. Siasport.az saytı xəbər verir ki, Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlarla bağlı yaranmış fasilə ilə əlaqədar flaqmanın üzvlərinin oktyabrın 6-da bir araya gəlməsi nəzərdə tutulub. Həmin gün Azərbaycan milli komandasının və U-21 yığmasının düşərgəsində olan futbolçular, eləcə də zədəlilər - Flavinyo və Rodriqinyodan başqa digərləri məşq prosesində iştirak edəcəklər.

Qeyd edək ki, "Neftçi" növbəti oyununu oktyabrın 16-da "İnter"ə qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə