İstanbulun "Beşiktaş" futbol klubunun portuqaliyalı ulduzu Simao Sambroza, İspaniya mətbuatına bir sıra açıqlamalar verib. Sasport.az saytı xəbər verir ki, ulduz futbolçu, Türkiyə və İspaniya çempionatlarının tam fəqrli olduğunu deyərək, Türkiyədəki futbol sisteminin sərt və açıq futbola əsaslandığını açıqlayıb.
S.Sambroza, hazırda çıxış etdiyi İstanbulun "Beşiktaş" futbol klubunun olduqca böyük perspektivə malik olduğunu deyib və əlavə edib ki, bütün varlığı ilə bağlandığı "Beşiktaş"dan ayrılmaq onun üçün çox əzablı olardı. "Beşiktaş"dan ayrılacağı təqdirdə göz yaşlarını saxlaya bilməyəcəyini elə bəribaşdan söyləyən portuqaliyalı futbolçu, bu komandada hər kəsin bir-biri ilə mehriban olduğunu, yeganə məqsədlərinin də "Beşiktaş"ın uğurları üçün çalışmaqdan ibarət olduğunu deyib. S.Sambroza eyni zamanda hazırda həbsdə olan Tayfur Havutçu üçün də darıxdıqlarını və onu tezliklə aralarında görmək istədiklərini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB