Devid Bekhem yenidən Avropaya qayıdır?

Devid Bekhem yenidən Avropaya qayıdır?

Hazırda ABŞ-da futbol həyatını yaşayan tanınmış ingilis futbol ulduzu Devid Bekhemin yenidən Avropaya qayıtmaq istədiyi ortaya çıxıb. Siasport.az saytı xəbər verir ki, "Los Ancels Qalakts" futbol klubunda forma geyinən ingilis futbol ulduzu, artıq yeni klubla danışıqlara belə başlayıb. İngiltərədə nəşr olunan "The Sun" qəzeti yazır ki, D.Bekhem Fransanın "PSJ Marsel" futbol klubunda çıxış etməyə çox yaxındır. İngilis qəzetinin məlumatına görə, D.Bekhemin özü də ABŞ klubu ilə gələn ilin əvvəlində başa çatan müqaviləsini yeniləmək istəmir və fransız klubunda çıxış etmək istəyini meneceri vasitəsi ilə bəyan edib. İngilis qəzetinin yazdığına görə, D.Bekhemin fransız klubuna transfer olunmasına müsbət yanaşmasında və yenidən Avropaya qayıtmaq niyyətinə düşməsində, ilk növbədə onun xanımı olan Viktoriya Bekhem xüsusi rol oynayıb. Xanım Bekhem, ərinin Avropaya qayıtmasında neçə müddət idi ki, israr edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə