"Arsenal" yenə uduzdu, rəhbərlik Vengeri küncə sıxıb!

"Arsenal" yenə uduzdu, rəhbərlik Vengeri küncə sıxıb!
İngiltərənin "Arsenal" futbol klubu, deyəsən bu gedişlə hazırda düşdüyü acınacaqlı böhran durumundan hec cürə çıxa bilməyəcək. Siasport. az saytı xəbər verir ki, dünən İngiltərə Premyer liqası çərçivəsində "Tottenhem" futbol klubu ilə qarşılaşan "topçular", meydandan 2:1 hesablı məğlubiyyətlə ayrılıblar. İngiltərə mətbuatının yazdığına görə, oyundan sonra klub rəhbərliyində təmsil olunan şəxslərlə baş məşqçi Arsen Venger arasında qarşıdurma yaranıb. Buna səbəb klub rəhbərliyinin Fransız mütəxəssisdən bu məğlubiyyətlərə səbəb göstərməsini tələb etmələridir. Rəhbərliyin ittihamlarından bezən A.Venger isə, onlara mövsümün elə başındaca bir sıra ulduz futbolçuları xaricə klublara sataraq komandanın neçə illik oyun sistemini pozduqlarını misal göstərib. İngilis mətbuatının yazdığına görə, hadislərin bu gedişi onu deməyə əsas verir ki, "Mən hələ 17 il də "Arsenal"da qalacam" deyən A.Venger heç yanvara qədər bu postda qala bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə