Mişel Platini "Fənərbaxça"nın qəddar düşməninə çevrilir

Mişel Platini "Fənərbaxça"nın qəddar düşməninə çevrilir

UEFA Çempionlar Liqasından uzaqlaşdırılan İstanbulun "Fənərbaxça" futbol klubu ilə UEFA prezidenti Mişel Platini arasındakı gərginlik, pik nöqtəyə çatıb. Siasport.az saytı xəbər verir ki, Türkiyə Superliqasında qanunsuz oyun alqı-satqılarında ittiham olunaraq hazırda Metris həbsxanasında saxlanılan "Fənərbaxça" prezidenti Əziz Yıldırımın M.Platinini ittiham etməsi, hələ bu azmış kimi, onun UEFA prezidentini məhkəməyə verməyə hazırlaşdığını açıq şəkildə bəyan etməsi, vəziyyəti daha da kritikləşdirib. Ə.Yıldırımı özündən çıxaran səbəb isə, UEFA prezidentinin, hələ günahı sübut olunmayan "Fənərbaxça"nı dünyanın gözü qarşısında oyun alqı-satqısında ittiham etməsədir. Xatırladaq ki, M.Platini Cenevrədə Türkiyə Futbol Federasiyası (TFF) ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlama verərək bildirib ki, "Fənərbaxça"nın hansı cinayətlər işlədiyini yaxın zamanlarda hər kəs biləcək. O, həttda Ə.Yıldırıma işarə edərək "Cinayəti mən törətmədim ki, cavabı da verim. Kim rüşvətlə oyun alqı-satqısı həyata keçiribsə, o da cavab verəcək" deməklə Metrisdə cəza çəkən Ə.Yıldırımı bərk qəzəbləndirib. Türkiyə mətbuatı xəbər verir ki, Ə.Yıldırım-M.Platini qarşıdurması kəskin düşmənçiliyə çevrilir.

Bütün xəbərlər Facebook səhifəmizdə