Türkiyə Superliqasının 5-ci turu olduqca maraqlı və gərgin idman mübarizəsində keçib. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Fənərbaxça" futbol klubu, "Şükrü Saracoğlu" stadionunda yeni mövsümdə ilk dəfə öz azarkeşləri qarşısında mükəmməl və əzmkar futbol nümayiş etdirərək, son illər Türkiyə çempionatında bütün böyük klubların baş ağrısına çevrilən "İstanbul BB" futbol klubunu gərgin keçən qarşılaşmada 4:2 hesabı ilə məğlub edib. İstanbul klubu be qələbə sayəsində yenidən turnir cədvəlinin zirvəsində qərarlaşıb. Bir digər İstanbul nəhəngi olan "Qalatasaray" isə səfərdə "Ankaragücü"nü 3:0 hesabı ilə məğlub edərək, artıq yavaş-yavaş özünə gəldiyini və Fatih Terimin oyun sisteminə uyğunlaşdığını nümayiş etdirib. Türkiyənin digər bir iddialı futbol klubu olan "Trabzonspor" da "Eskişehirspor"u 2 cavabsız qolla məğlub edib. Tura bu gün keçiriləcək "Qaziantepspor" - "Beşiktaş" qarşılaşması ilə yekun vurulacaq.
Keşirilən bütün qarşılaşmaları diqqətinizə çatdırırıq:
"Bursaspor" - "Gənclərbirliyi" - 4:0
"Karabükspor" - "Orduspor" - 1:2
"Fənərbaxça" - "İstanbul BB" - 4:2
"Antalyaspor" - "Sivasspor" - 2:2
"Samsunspor" - "Manisaspor" - 1:2
"Ankaragücü" - "Qalatasaray" - 0:3
"Eskişehirspor" - "Trabzonspor" - 0:2
"Fənərbaxça" - "İstanbul BB" - 4:2
"Antalyaspor" - "Sivasspor" - 2:2
"Samsunspor" - "Manisaspor" - 1:2
"Ankaragücü" - "Qalatasaray" - 0:3
"Eskişehirspor" - "Trabzonspor" - 0:2
"Kayserispor" - "Mersin İdmanyurdu" - 2:2
3 oktyabr
3 oktyabr
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB