Millimizin mətbuat üçün açıq məşqi keçiriləcək

Millimizin mətbuat üçün açıq məşqi keçiriləcək
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Avstriya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir. Siasport.az saytı xəbər verir ki, sabah - oktyabrın 4-də, saat 10:30-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da Azərbaycan millisinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə