Türkiyə Futbol Federasiyası millimizin azarkeşləri üçün yerlər ayırıb

Türkiyə Futbol Federasiyası millimizin azarkeşləri üçün yerlər ayırıb
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də, Türk Telekom Arenada keçiriləcək Türkiyə – Azərbaycan oyununda millimizi dəstəkləmək istəyən azarkeşlər üçün Türkiyə Futbol Federasiyası tərəfindən stadionun 124, 418, 419, 420 və 421-ci sektorları ayrılıb. Siasport.az saytı xəbər verir ki, AFFA millimizin azarkeşlərindən xahiş edir ki, futbolçularımızı daha effektiv dəstəkləmək üçün Türkiyə – Azərbaycan oyununun biletlərini məhz qeyd olunan sektorlara alsınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə