Azad Rəhimov: \"İnanıram ki, romantiklərin və fiziki cəhətdən güclü insanların idman növü olan alpinizm daha da inkişaf edəcək\"-AÇIQLAMA

Azad Rəhimov: \"İnanıram ki, romantiklərin və fiziki cəhətdən güclü insanların idman növü olan alpinizm daha da inkişaf edəcək\"-AÇIQLAMA
\"İnanıram ki, romantiklərin və fiziki cəhətdən güclü insanların idman növü olan alpinizm daha da inkişaf edəcək\". Siasport.az saytı xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda ölkədə alpinizmlə məşğul olan iki federasiya fəaliyyət göstərir. Ölkəmizdə idmanın sürətlə inkişafının məhz Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin bədən tərbiyəsi və idmana diqqət və qayğısı sayəsində mümkün olduğunu vurğulayan nazir, 2012-ci ildə keçiriləcək London Yay Olimpiya Oyunlarına 19 lisenziya qazanmağımızın bunun bariz nümunəsi olduğunu qeyd edib. \"Bütün idman növlərini inkişaf etdirərək Azərbaycanın idman ölkəsi olduğunu dünyaya sübut etməliyik. Alpinizim idman növü də gündən-günə inkişaf edir və idmançılarımız üçün hər cür şərait yaradılıb\",-deyə A.Rəhimov əlavə edib.
Nazir 2020-ci il olimpiya oyunlarının keçirilməsi üzrə Bakının namizədliyinin irəli sürülməsi ilə bağlı çıxış etdiyini, müvafiq təşkilat komitəsi yaradıldığını və Milli Olimpiya Komitəsinə təkliflər verildiyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə