Yığmamızın baş məşqçisi 7:0 hesablı məğlubiyyətə "ədalətli nəticə" dedi

Yığmamızın baş məşqçisi 7:0 hesablı məğlubiyyətə "ədalətli nəticə" dedi

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunmuş IX qrupunda keçirilmiş İspaniya – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildiriblər: Siasport.az saytı baş məşçqçilərin fikirlərini nəzərinizə çatdırır:


Xorxe Vilda (İspaniya U-17 yığmasının baş məşqçisi): "Asan oyun olmadı. Rəqibin müqavimətinə və futbolçularımızın yorğun olmasına baxmayaraq, qalib gəlməyi bacardıq. Ümumiyyətlə, hər oyuna maksimum nəticə qazanmaq üçün çıxırıq".


Sissi Rayt (Azərbaycan U-17 yığmasının baş məşqçisi): "İkiqat Avropa çempionuna qarşı oynadıq. Rəqibə müəyyən məqamlarda çətinliklər yaratmaq üçün futbolçulara verdiyim tapşırığı yerinə yetirə bildilər. Nəticənin ədalətli olduğunu düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə