Türkiyə milli komandası boks üzrə dünya çempionatında üç itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, 60 kq çəki dərəcəsində son Avropa çempionu Fateh Keleş ilk döyüşdəcə uduzaraq, yarışla vidalaşıb. O, Çin Xalq Respublikasını təmsil edən Liu Qianqa 10:16 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Keleş Ankarda keçirilən Avropa çempionatında həmyerlimiz Elvin İsayevə hakimlərin "köməyi" ilə 24:23 hesabı ilə qalib gəlmişdi.
Adem Kılıççı (75 kq) azarkeşlərin dəstəyinə baxmayaraq, almaniyalı Stefan Hartelə 10:13 hesabı ilə uduzub. Yarışın ilk günündə isə Selcuk Eker məğlubiyyətlə üzləşmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB