Bir neçə gün bundan əvvəl UEFA Avropa Liqasının qrup mərhələsi çəçivəsində İngiltərənin "Stok Siti" futbol klubu ilə qarşılaşan və fransız hakimin "köməyi ilə" 2:1 hesabı ilə məğlub olan İstanbulun "Beşiktaş" futbol klubu, təkcə göstərdiyi əzmkar oyunu ilə deyil, başqa səbəblərə görə də ingilis mətbuatında müzakirə olunur.
Siasport.az saytı xəbər verir ki, ingilis mətbuatı "Beşiktaş"ın kapitanı Quaresmanı yamanca tərifləyir. Londonda nəşr olunan "The Sun" qəzeti yazır ki, İstanbul klubunun kapitanı Quaresma, əsl Poruqaliya futbolu göstərərək, "Stok Siti"nin bütün futbolçularını pərən-pərən salırdı. İngilis qəzeti iddia edir ki, İstanbulda keçiriləcək cavab görüşündə "Stok Siti", İsrail "Makkabi"sinin gününə düşə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB