Xəqani Məmmədov: \"Əliyar Ağayev hər cəhətdən oyunu yüksək səviyyədə idarə etdi\"-AÇIQLAMA
Gənc hakim Əliyar Ağayevin Premyer Liqanın mərkəzi görüşü olan \"İnter\" - \"Xəzər Lənkəran\" oynunu necə idarə etməsi ilə bağlı Hakimlər Komitəsinin (HK) sədri Xəqani Məmmədovla əlaqə saxladıq. Siasport.az saytı xəbər verir ki, HK sədri mundial.az-a açıqlamasında Ə.Ağayevin bu oynu yüksək səviyyədə idarə etdiyini bildirdi: \"Mətbuatda bəziləri yazırlar ki, \"İnter\" - \"Xəzər Lənkaran\" matçı FİFA referisinə deyil, gənc hakimə tapşırılıb. Əvvəla, gənc hakimə tapşırmışıqsa, jurnalistlərimiz də hakimlərimizin inkişafını istəyirdilərsə, bunu dəstəkləməli idilər. İndidən belə gənc hakimi ruhdan salmaq lazım deyil. Heç olmasa bu oyunu izləyəndən sonra o yazını yazanlar utandılar? Ə.Ağayevin bu qarşılaşmanı idarə etməsi bəlkə də çempionatın ən yaxşı hakimliyindən biri idi. Ə.Ağayev hər cəhətdən oyunu yüksək səviyyədə idarə etdi. Oyundan sonra hər iki komandanın rəsmiləri də hakimliyə görə minnətdarlığını bildirdilər. Artıq demək olar ki, HK-də yeni hakim yetişib\".
Xəqani Məmmədov HK-nin planında 2013-cü ildə bəzi gənc hakimlərin FİFA-ya namizəd göstərilməsinin nəzərdə tutulduğunu bildirib: \"HK planlaşdırır ki, bəzi gənc hakimlərimizin 2013-cü ildə FİFA-ya namizədliyini göndərək\".
Komitə sədri \"Bakı\" - AZAL oynundakı hakimlik haqqında da fikirlərini bildirdi: \"Mən \"Bakı\" - AZAL oynuna baxdım. Orada hakim idarəsi ilə bağlı heç bir problem yoxdur\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB