Məşhur braziliyalı futbol ulduzu Ronaldinyonun qardaşı və meneceri olan Roberto de Assis, son günlər qardaşının İstanbulun "Qalatasaray" futbol klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Siasport.az saytı xəbər verir ki, Roberto de Assis, "Qalatasaray"dan heç kimin onunla bu məsələ ilə bağlı görüşmədiyini, eyni zamanda Ronaldonyonun "Flamenqo"da özünü xoşbəxt hiss etdiyini və heç bir kluba transfer olmaq barədə düşünmədiyini açıqlayıb. Xatıraldaq ki, neçə gündür ki, Türkiyə mətbuatında "Qalatasaray"ın qış transfer dövründə Ronaldonyonu heyətinə qatmaq istədiyi barədə yazılar dərc edilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB