Ərəb şeyxləri Karlos Tevezi "Beşiktaş"a satır?

Ərəb şeyxləri Karlos Tevezi "Beşiktaş"a satır?
İngiltərənin "Mançester Siti" futbol klubunda, baş məşqçi Roberto Mançinin "qara dəftərinə" düşən argentinalı futbol ulduzu Karlos Tevezi, sən demə ingilislər, İstanbulun "Beşiktaş" futbol klubuna satmaq istəyirlər. Siasport.az saytı xəbər verir ki, son bir ildə dünyanın futbol ulduzlarını heyətinə qatmaqla böyük səs-küy yaradan İstanbul klubu necə deyərlər, ərəb şeyxlərinin gözündə "milyonçular klubu" kimi də görünür. Türk diasporu tərəfindən İngiltərədə nəşr olunan "Nasional" qəzeti yazır ki, "Mançester Siti"nin ərəb şeyxləri, son hərəkətləri ilə klub rəhbərliyinin gözündən düşən argentinalı futbol ulduzunun fikrini belə soruşmadan onu türklərə satmağı planlaşdırırlar. Qəzet iddia edir ki, İngilis klubu həttda K.Tevezin 40 milyon avroluq transfer başlığını 25 milyon avroya endirməyə razıdır ki, təki intizamsız futbolçudan canını qurtarsın.

Bütün xəbərlər Facebook səhifəmizdə