"Milan" Gökhan Gönül üçün "Fənərbaxça"ya 10 milyon avroluq rəsmi təklif göndərdi!
İtaliyanın "Milan" futbol klubu, İstanbulun "Fənərbaxça" futbol klubunun forvardı Gökhan Gönülü transfer etmək üçün rəsmi şəkildə İstanbul klubuna müraciət edib. Siasport.az saytı xəbər verir ki, son günlər İtaliya A Seriyasında elə də uğirlu oyun sərgiləyə bilməyən Milan təmsilçisi, G.Gönül üçün "Fənərbaxça"ya tam 10 milyon avro təklif edib. 26 yaşlı futbolçunu tezliklə heyətinə qatmaqa çalışan "Milan", bir sıra Avropa klublarının da transfer gündəmində olan milli futbolçunu uğurla transfer etmək üçün "Fənərbaxça"ya olduqca sərfəli təklif irəli sürməyi planlaşdırır. A Seriyasında keçirdiyi 4 qarşılaşmada 1 qələbə, 2 məğlubiyyət və 1 bərabərliklə hazırda turnir cədvəlində 13-cü sırada yer tutan "Milan", türk futbolçunun "hə"-sini almaq üçün bütün qüvvəsini səfərbər edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB