Azərbaycan Respublikasının Dövlət Müstəqiliyinin 20 illiyinə həsr olunmuş taekvando üzrə yarış keçirilib
Masallı şəhər 3 nömrəli tam orta məktəbin idman zalında Azərbaycan Respublikasının Dövlət Müstəqiliyinin 20 illiyinə həsr olunmuş taekvando üzrə yeniyetmələr və gənclər arasında açıq rayon birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, yeniyetmə və gənclərin idmana cəlb olunması və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi ilə keçirilmiş yarışda Qaradağ, Gəncə, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və Ağcabədi rayonlarından 200-ə yaxın idmançı iştirak edib.
Müxtəlif çəki dərəcələri üzrə I, II və III yerləri tutmuş idmançılar rayon icra hakimiyyəti başçısının qiymətli hədiyyələri və rayon gənclər və idman idarəsinin diplom və medalları ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB