Kaxaber Sxadadze: \"Bu qələbə turnir cədvəlindəki mövqeyimiz baxımından bizə çox lazım idi\"-AÇIQLAMA
"İlk hissədə aqressiv oynadıq, xüsusilə cinahlarda yaxşı oyun nümayiş etdirdik. Hücumda bir az tələsirdik, gənc futbolçuların çoxlu fikirləri olur, bu da çox vaxt aparır\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Xəzər Lənkəran\"la oyundan sonra \"İnter\" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib. O, ikinci hissədə cənub təmsilçisinin daha yaxşı oynadığını bildirib. Baş məşqçi qələbənin vacibliyindən söz açıb: \"Bu qələbə turnir cədvəlindəki mövqeyimiz baxımından bizə çox lazım idi. "Xəzər Lənkəran" layiqli oyunla birinci yerdədir\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB