Böyükağa Hacıyev: "Qələbəni klub prezidenti Sadıq Sadıqova həsr edirik"-AÇIQLAMA

Böyükağa Hacıyev: "Qələbəni klub prezidenti Sadıq Sadıqova həsr edirik"-AÇIQLAMA

Azərbaycan Premyer Liqasında 8-ci turun "Simurq" klubu ilə oyunundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, təcrübəli çalışdırıcı qələbəni klub prezidenti Sadıq Sadıqova həsr etdiyini vurğulayıb: "Komandamız yaxşı oynamadı, yaxşı oynasaydıq hesab başqa cür olardı. Əsas 3 xalı qazanmaq idi, buna nail olduq. Fərid Quliyev meydana çıxdı və öz sözünü dedi, qol vurdu. Qələbəni klub prezidenti Sadıq Sadıqova həsr edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə