Boks üzrə dünya çempionatında 64 kq çəki dərəcəsində son Avropa çempionatının gümüş mükafatçısı Tomas Stalker Bakıda da favoritlərdən sayılır. Siasport.az saytı xəbər verir ki, ilk döyüşdə venesuelalı Yoelviz Hernandezi 17:10 hesabı ilə məğlub edən boksçu özünü hamıdan güclü sayır: "Hazırda əla formadayam. Dünya çempionatına yaxşı hazırlaşmışam. Özümü bu çəkinin favoritlərindən hesab edirəm. Hazırda istənilən rəqibi məğlub edəcək gücdəyəm". Stalkerin dünya çempionatında növbəti rəqibi burkina-fasolu Romarik Bassole olacaq.
Qeyd edək ki, 64 kq çəki dərəcəsindəki təmsilçimiz Heybətulla Hacəliyev
də ilk döyüşü qələbə ilə başa vurub. Hacəliyev Stalkerin gümüş medal qazandığı
Avropa çempionatında bürünclə kifayətlənmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB