Nəriman Abdullayev: "Heybətulla nokautla da qalib gələ bilərdi"-AÇIQLAMA
Boks üzrə milli komandamızın məşqçisi Nəriman Abdullayev Heybətulla Hacəliyevin (64 kq) dünya çempionatındakı ilk döyüşü ilə bağlı fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, o, Avropa çempionatının bürünc mükafatçısı Hacəliyevin ilk görüşdə rəqibindən üstün olduğunu söyləyib: "Heybətulla bizim əsas medal ümidlərimizdəndir. O, Misir idmançısı ilə döyüşdə yaxşı təsir bağışladı. Rəqib açıq mübarizədən çəkinərək, geri qaçırdı. Əgər o, Hacəliyevin üstünə gəlsəydi, boksçumuz nokautla da qalib gələ bilərdi. Ümid edirik ki, digər boksçularımız da bizi uğurlu nəticələri ilə sevindirəcəklər".
Xatırladaq ki, Hacəliyev ilk görüşdə misirli Əli İslamı 15:7 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB