Mikola Lisenko: "Biz daha yaxşı oynadıq"-AÇIQLAMA

Mikola Lisenko: "Biz daha yaxşı oynadıq"-AÇIQLAMA
"İlk növbədə, təşkilatçılığın yüksək səviyyədə oluduğunu bildirmək istərdim. Azərbaycan yığması qısa müddət ərzində yaxşı komanda kimi formalaşıb". Siasport.az saytı xəbər verir ki, bu sözləri 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ukrayna – Azərbaycan oyunundan sonra Ukrayna U-17 yığmasının baş məşqçisi Mikola Lisenko deyib. O, maraqlı oyununun şahidi olduğunu qeyd edib. "Biz daha yaxşı oynadıq və yaratdığımız imkanlardan yararlanmağı bacardıq. Rəqibimizə qarşıdakı oyunlarda uğurlar arzulayıram",-deyə baş məşqçi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə