\"Biz bu gün potensialımızdan istifadə edə bilmədik. Söhbət heç də 0:3 hesabı ilə məğlub olmağımızdan getmir. Ötürmələrdə kobud səhvlərə yol verdik\". Siasport.az saytı xəbər verir ki, bu sözləri 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ukrayna – Azərbaycan oyunundan sonra Azərbaycan U-17 yığmasının baş məşqçisi Sissi Rayt deyib. Baş məşqçi bildirib ki, komanda imkanlarından 30-40 faiz istifadə edə bilib. O, məğlubiyyəti hansısa futbolçunun üstünə yıxmaq istəmədiyini qeyd edib: \"Komanda şəklində məğlub olduq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB