Türklər Amit Quluzadəyə "5" verdilər

Türklər Amit Quluzadəyə "5" verdilər
Türkiyə mətbuatı yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin Bank Asya birinci liqanın son turundakı çıxışını qiymətləndirib. Siasport.az saytı xəbər verir ki, doğma meydanda "Denizlispor"la qarşılaşan və 1:1 hesablı heç-heçəyə razılaşan "Kayseri Erciyesspor"un üzvü bu dəfə o qədər də yüksək qiymətə layiq görülməyib.

Türklər Amitin çıxışını 5 balla qiymətləndiriblər. Quluzadə ilə yanaşı, Kayseri təmsilçisinin daha 3 futbolçusu eyni qiymətə layiq görülüb. Ən aşağı qiymət isə Metinə verilib – 4. "Erciyesspor"un ən yaxşısı isə Fatih Kılıçkaya olub – 7 bal.

Xatırladaq ki, Amit "Denizlispor"la oyunun start heyətində meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.

"Erciyesspor": Ferhat - 6, Fatih Kılıçkaya - 7, Cemil - 6, Serkan - 6, Emrah - 6, Amit - 5 (Cemal, 90) – qiymətsiz, Kemal Okyay - 6, Metin - 4 (Posinkoviç, 46) – 5, Davut – 5, Sofiane - 5, Gökhan Kaba – 6.//azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com